Qayınatasını öldürən şəxsə hökm oxunub


20:10     27 May 2017 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Şəki Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Tural Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Sadiq Əfəndiyev çıxış edib.

Onun sözlərinə görə, T. Rüstəmov hadisəni törətdikdən sonra polisə könüllü təslim olsa da, məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə alınmayıb: “Halbuki ibtidai istintaqda Tural Rüstəmovun cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq polisə gəlməsi və hadisə barədə ətraflı məlumat verməsi cəzanın yüngülləşdirici halı kimi nəzərə alınıb. Lakin məhkəmə Tural Rüstəmovun könüllü olaraq təslim olması faktını şübhə altına alıb. Digər tərəfdən hadisə zəruri müdafiə vəziyyətində törədilib, ancaq, qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib”.

Təqsirləndirilən şəxs son söz deyəndən sonra hakimlər kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, T. Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2016-cı ilin 22 avqust tarixində İsmayıllı rayonunda baş verib. 29 yaşlı Tural Rüstəmov münaqişə zəminində qayınatası Roman Kərəmovu öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 989