Prezidentə təbriklər gəlməkdə davam edir


20:11     27 May 2017 prezident221.jpg

Azərbaycan prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.

***

Yaponiya imperatoru Akihito Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Məktubda deyilir:

“Zati-aliləri, milli bayramınız - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.

Femida.az

Açar sözlər:

Oxunub: 1135