Çevik Polis Alayında tədbir keçirilib


20:52     27 May 2017 cpa.jpg

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 99 illiyi münasibətilə tədbir keçirilib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin nəticəsi olaraq itirilməkdə olan dövlətçilik ənənələrini bərpa etdiyini, müsəlman Şərqində ilk Cümhuriyyət yaratdığını bildirib.

O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlərlə tariximizdə böyük iz buraxıb: “Eyni zamanda Cümhuriyyətin yaranması xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərib, 70 illik fasilədən sonra Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa edib və bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaranıb. İkinci dəfə qazandığımız müstəqilliyin ilk illərində idarəçilikdə buraxılan kobud səhvlər nəticəsində dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşmişik. Lakin bu fəlakət 1993-cü ilin iyununda, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Ümummilli liderimiz xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirib və onun rəhbərliyi ilə qısa müddətdə müstəqilliyimizin təməl prinsipləri yaradılaraq möhkəmləndirilib”.

Milli Elmlər Akademiyası A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli isə qabaqcıl ziyalılar təbəqəsinin yetişməsinin müstəqil Azərbaycanın yaranmasında müstəsna rolundan, AXC-nin qurulmasında onların fəaliyyətindən danışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1142


Oxşar xəbərlər