Həyətində narkotik əkirmiş - Biləsuvarda
23:15 27 May 2017
Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.
Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaşadığı evin həyətində narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.
Rayonun Günəşli kənd sakini Adil Qarayevin atasına məxsus evin həyətində gizli şəkildə xaşxaş kolu becərdiyi məlum olub. Polis hadisə yerinə baxış keçirərkən bağda qamışla əhatə olunmuş ərazidə 59 ədəd aqrotexniki qaydada becərilmiş xaşxaş kolu aşkarlanıb.
Saxlanılan A. Qarayev narkotik tərkibli bitkiləri özü üçün əkdiyini bildirib. Onun yaşadığı evə baxış keçirilərkən orada bankada qurudulmuş narkotik tərkibli bitki aşkarlanıb.
Qeyd edək ki, A. Qarayev əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırıma aparılır.
Femida.az
Oxunub: 1206
Oxşar xəbərlər
- Həyətindən avtomobilini qaçırdılar - Bakıda oğurluq
- Həyətində kulli miqdarda çətənə kolu tapıldı
- Həyətində narkotik becərən Siyəzən sakini tutuldu
- Həyətində narkotik becərən şəxs tutuldu
- Həyətində narkotik yetişdirirdi, ifşa olundu
- Həyətindən çətənə kolu tapıldı
- Həyətində çətənə kolları yetişdirən şəxs saxlanılıb
- Həyətindən narkotik tapıdlı
- Həyətindən narkotik tapıldı
- Həyətində çətənə əkən kişi həbs edildi