Ağcabədidə 4 metr uzunluğunda gürzə öldürüldü


00:04     28 May 2017 1495900235-5979.jpeg

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilanı öldürüb.


Femida.az "Report"a istinadən xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı həyətində əl ağacı ilə öldürüb.

Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub.

Açar sözlər:

Oxunub: 6974