Qubada çayxana yanıb


14:09     28 May 2017 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan çayxananın içərisində 1 ədəd divan yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavan 9 m² sahədə əriyib.

Çayxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 759