Təyyarədə dava düşüb - TƏCİLİ ENİŞ


18:02     28 May 2017 7a9b120a-20ea-4ad2-a294-4db63bc74d2b1.jpg

Bu səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş edib.


TASS agentliyinin verdiyi məlumata görə, təyyarə yerli vaxtla saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədə özünü qaydalara uyğun aparmayan 2 sərnişin polis şöbəsinə gətirilib. Onlardan birinin sərxoş olduğu üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib.

Femida.az

Açar sözlər:

Oxunub: 8975