İraqda silsilə terror aktları: ölənlər var


18:40     28 May 2017 322.PNG

İraqın paytaxtı Bağdad şəhərində terror aktları törədilib.


Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, partlayışlar paytaxtın Əl-Nəhrəvan, Maskat və Humeyr rayonlarında törədilib. Partlayışlar nəticəsində 5 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Eyni zamanda təhlükəsizlik qüvvələri Bağdadın qərbində 32 partlayıcı qurğunu zərərsizləşdiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 939