Lənkəranda yol qəzası can aldı


19:59     28 May 2017 qeza9.PNG

Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Seyidzadə Mirnasir Nazim oğlu idarə etdiyi "99-BZ-136" dövlət nömrə nişanlı, "Chevrolet aveo" markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1257