Şimali Koreya yeni raketini nümayiş etdirib - VİDEO


21:18     28 May 2017 raket26.jpg

Şimali Koreyanın Mərkəzi Televiziyası yeni “yer-hava” tipli raketin sınaq buraxılışına dair video nümayiş etdirib.


Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi bu gün səhər düşmənin pilotsuz təyyarələrini və raketlərini məhv etmək üçün “yer-hava” tipli raketin sınaq buraxılışının keçirildiyi barədə məlumat yayıb.

Sınaq buraxılışında Şimali Koreya lideri Kim Çen In iştirak edib. Sınaqdan razı qalan Şimali Koreya lideri raketin kütləvi buraxılışına başlanılması barədə göstəriş verib: “Bu raketlər bütün ölkəni meşə kimi bürüməli, düşmənin havada hökmran olması barədə illüziyalarını məhv etməlidir”.



Femida.az

Açar sözlər:

Oxunub: 2591