Lənkəranda qəza - 3 uşaq xəsarət aldı


23:38     28 May 2017 qezalenkeran-(2)_2991961334.jpg

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.


AzVision.az xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobilin "OPEL"lə toqquşması nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, yaralılardan 3-ü uşaq, 2-si qadındır. Hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 605