Kafedə qadınlar saç yolduya çıxdı


00:26     29 May 2017 dava%20qadin88.jpg

Bakıda kafedə işləyən qadınlar arasında dava-dalaş olub.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Şirvani küçəsində yerləşən “Nazran” kafesində ofisiant işləyən 41 yaşlı Solmaz Məmmədova polisə müraciət edərək bildirib ki, iş yoldaşı tərəfindən döyülüb. Qadının sözlərinə görə Sevda adlı iş yoldaşı xuliqanlıq zəminində ona xəsarətlər yetirib.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin edilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2930