Qazaxda qəza - Xəsarət alanlar var


01:43     29 May 2017 1384969483_smayll-qeza-goruntu.mpg_000003240%20(1).jpg

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 602