Qisasını almayanların… - Məşhur rejissor Zəhradan yazır


14:42     07 İyul 2017 rza%2039.jpg


Bilmirəm, girişi necə verim. Necə deyim, hər şey deyilmiş kimidir . Adama elə gəlir ki , sondur, bundan o tərəfi yoxdur. Amma hər gün eyni şey təkrarlanır, təkrarlandığı üçün də adiləşir. Bir can alınıb, bizdən olduğu üçün. Bizim bəxtimiz ondan bir az çox getirib, düşməndən uzağıq, o isə düşmənə çox yaxın idi, düşmən də onu yaxın bilmədi - öldürdü .Uşaq idi, həyata bağlı, hələ böyüməmişdi, onu həyata nələrin daha çox bağlayacağını bilmirdi.Bizsə, bilirik,bizi heyata daha çox nələr bağlayır, bu bağları qırmağı hələ bacarmamışıq.Bacarmırıq da...


Zəhranın ölümü heyatımızın bir gününü də zəhərə çevirdi, zəhərlənən adamlar kimi bulana –bulana gəzdik. Nə boğazımızdan yemək keçdi, nə də su. Səhərə qədər yata bilmədim, çöldə qaldım,yemədiyim "şeyləri" qaytarmaq istəyirdim, qaytara bilmirdim. Hamı kimi mədəmdəki "boşluğu" doldurmaq istəyirdim. Axı mədəmizi dolduranda biz hər şeyi unuduruq. Düşmən alçaqdı,alçaqdan vurur. Bəs biz niyə bu qədər alçalırıq? Zəhranın atasının mədəsinin boş olduğunu bildiyimiz üçün, ona iş təklif edirik.Mədəsini doldursun, Zəhranı unutsun? Bəlkə də, dünyanın ən uca yerində biz qədər alçalanlar yoxdur. Günahkar bizik, düşmən təcrübədən keçirib, bilir ki, Zəhranın ölümü qisas hissi yaratmayacaq. Yoxsa, Zəhranın atasının yerinə gülləni ona tuşlamazdı.Düşmən bilsə ki, Zəhranın atası bir Zəhraya görə əvəzində on nəfər öldürəcək və yaxud ən azı buna cəhd edəcək, o bu qələti etməz.Çünki düşmən hələ belə təcrübə ilə rastlaşmayıb. Düşmən bizi, bizdən yaxşı tanıyır. Bilir ki, biz yandırdığımız binada, yanan körpənin əvəzinə ev almışıq, və yaxud ondan da böyük mənzil almışıq - susmuşuq! Və yaxud uçan binanın altında qalan iki gəncin yerinə müxtəlif "əvəzləşmələr " etmişik - susmuşuq. Maşınımızın altına "saldığımız " insanların əvəzini maşınla ödəmişik - susdurulmuşuq! Səhlənkar həkimlərin yarıda qoyduğu ömürə, Allahın işidir deyib, - susdurulmuşuq ! Dövlət var, ordu var, silah var, bunu bilirik, dövlətin əlini bağlayan səbəbləri də bilirik, beynəlxalq təşkilatlar, super dövlətlər. Bunlarla üz-üzə gəlməyin dövlət olaraq çətinliyini də bilirik, bunlar öz yerində. Olmayan vətəndaşdır, şəxsdir, fərdidir. Bu gün dünya güclərini qorxudan, dövlətlər, ordular deyil, vətəndaşlardı, fərdlərdi, şəxslərdi. Necə ki, bir ordunun edə bilmədiyini Mübariz etdi, vətəndaş, fərd, şəxs kimi. Necə ki, bir dövlətin, bir ordunun edə bilmədiyini, Şahbaz, Həsən, Dilqəm etdi. Qisaslarını aldılar, bir vətəndaş, şəxs, fərd olaraq. Düşmən böyük güclərlə dövlətimizin, ordumuzun qolunu bağlaya bilər, müasir dövrdə bu mümkündür, reallıqdır, amma biz düşmənə göstərməliyik ki, vətəndaş olaraq, fərd olaraq, şəxs olaraq, bizim qolumuzu başqaları ilə bağlamaq mümkün deyil. Biz mübarizəmizi, qisasımızı, vətəndaş,şəxs,fərd olaraq aparmalıyıq,almalıyıq, şəxsi qisasımızı önə çıxarmalıyıq, düşməni qorxutmalıyıq. Zəhranın atası hərbi geyimdə yox, mülki geyimdə düşmən səngərində özünü partlatmalıdır, heç nə düşünmədən,ən azı on düşmən öldürməlidi. Zəhrasının qisasını almalıdır! Nümunə, təcrübə yaratmalıdır, düşməni vahiməyə salmalıdı! Amma bundan öncə ən uca yerlərdən birinin zirvəsinə qalxmalıdı, hamımızın eşidəcəyi səslə deməlidir : Məndən sonra Zəhralarının qısasını almayanların...

Rza Rzayev
Femida.az

Açar sözlər:

Oxunub: 7461


Oxşar xəbərlər