Ermənistanın baş sinoptiki Bakıya qarğış etdi


13:07     19 İyul 2017 231060_src_1500408974.jpg

Ermənistanın baş sinoptiki İstanbulda qeydə alınan təbii fəlakətə sevinərək, Bakıya da eynisini arzulayıb.


Bu barədə erməni KİV-ləri yazıblar. Onların bildirdiyinə görə, Ermənistan Hidrometeoroloji Proqnozlar Mərkəzinin direktoru Qaqik Surenyan öz Facebook səhifəsində yazıb: “Bir neçə saat əvvəl İstanbulda güclü leysan olub. P.S. Bakıya da bundan arzulayıram”.

Suranyan sosial şəbəkədə təbii fəlakət zamanı xəsarət alanların fotolarını da yerləşdirib.

Qeyd edək ki, onun paylaşımı bir saat ərzində 1700 “like” yığıb.

Onu da xatırladaq ki, İstanbulda güclü yağışlardan sonra, metronun bir neçə stansiyası suyun altında qalıb, həmçinin avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.

Açar sözlər:

Oxunub: 8321