Çin `WhatsApp`ı blokladı


16:13     19 İyul 2017 fb-post2.jpg

Çin hökuməti "WhatsApp" messencerini qismən bloklayıb.


Bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşr yazır ki, bloklanmanın təşəbbüskarı ölkə hökuməti olub. Kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər xəbəri təsdiqləyiblər. Onların dediyinə görə, bu, dövlət internet filtrlərinin fəaliyyəti nəticəsində yaranıb.

"WhatsApp" nümayəndəsi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Çin sosial şəbəkələrə qısqanc münasibəti ilə seçilən ölkələrdəndir. "Google", "Flickr", "Dropbox", "Facebook", "Twitter", "YouTube" və qismən "Vikipediya" Çində bloklanıb. Vətəndaşlar bunların Çin analoqundan istifadə edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1550