Səudiyyə Ərəbistanı neft ixracını azaldır


02:25     20 İyul 2017 femida.neft%20ucuz.JPG

OPEC təşkilatı neft bazarında tələblə təklif arasında tarazlığı bərpa etmək üçün yeni yanaşma metodları öyrənir.


Femida.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın "Petroleum Policy Intelligence" (PPI) konsaltinq şirkəti məlumat yayıb.
Şirkətdən verilən xəbərə əsasən, S.Ərəbistanı birtərəfli qaydada neft ixracını daha 1 mln. barel azaltmağı düşünür. S.Ərəbistanı bu addımı ilə Nigeriya və Liviyanın neft hasilatındakı artımını balanslaşdırmaq niyyətindədir.
PPI-dən həmçinin bildirilib ki, S.Ərəbistanının bu qərarı Rusiyanın Liviya və Nigeriyanı OPEC anlaşmasına cəlb etməyə cavabı kimi qəbul edilib. Xatırladaq ki, Liviya və Nigeriya OPEC-in neft hasilatını azaltmaq barədə anlaşmasından azad olunub. Belə ki, bu ölkələrdə hasilat ölkədaxili siyasi problemlər səbəbindən son illərdə kəskin azalma göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 594