“Taliban“ın hücumu nəticəsində 16 nəfər ölüb


17:58     20 İyul 2017 taliban9.PNG

Əfqanıstanda “Taliban” döyüşçülərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 16 əməkdaşı ölüb, 7 nəfər yaralanıb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ölənlərin 10-u hərbçi, 6-sı isə polis olub.

Hadisə ölkənin cənubunda, Qəndəhar vilayətin Şah Vəli Kot dairəsinin Qəndəlan rayonunda baş verib. Hücumu həyata keçirən “Taliban” qruplaşmasının da itkilər verdiyi bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 609