Yaralı erməni hərbçilərə yardım edilmir


01:44     21 İyul 2017 anasi%20ermeni.jpg

Ermənistanın Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra hospitala yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hakimiyyətə müraciət edib.


Femida.az -ın məlumatına görə, o bildirib ki, tibb müəssisəsində yerləşdirilən yaralılar və xəstələr normal müalicə olunmur və onlara ixtisaslı yardım göstərilmir. Əksər hallara valideynlər uşaqlarının müalicəsi üçün şəxsi vəsaitləri hesabına dərman və digər tibbi ləvazimatlar alırlar.

Müraciətinin sonunda A.Atanesyan sosial şəbəkə istifadəçilərini hakimiyyətə etibar etməməyə, hospitalda müalicə olunan hərbi qulluqçulara maddi və mənəvi dəstək göstərmək üçün fəal olmağa çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 792