Cəlilabad sakini həyətində çətənə becərirmiş


13:40     21 İyul 2017 cetene_kolu_0018.jpg

Cəlilabad sakininin yaşadığı evin həyətindən çətənə plantasiyası aşkarlanıb.


Rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib. Oradan aqrotexniki qaydada becərilmiş 139 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 620