6 nəfər istidən öldü


13:56     21 İyul 2017 59203df12a33d.8.jpeg

Meksikanın şimal-qərbində Sonora ştatında yüksək isti səbəbindən 6 nəfər dünyasını dəyişib.


Bu barədə ştatın səhiyyə idarəsi məlumat yayıb.

Məlumata görə, 6 nəfər günvurma və orqanizmin susuz qalması səbəbindən ölüb.

Hazırda 25 nəfər günvurma diaqnozu ilə xəstəxanalarda müalicə olunur.

Qeyd edilir ki, son günlər Sonorada havanın hərarəti kölgədə 40, bəzən isə hətta 50 dərəcəyə qədər yüksəlir. Bununla yanaşı, belə kəskin isti çox yüksək rütubətlə müşayiət olunur ki, bu, nəfəs almanı çətinləşdirir.

Meteoroloqlar belə isti havaların hələ davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1068