Külli miqdarda araq müsadirə edilib
14:56 21 İyul 2017
Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb.
Komitənin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib. Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 946
Oxşar xəbərlər
- Külli miqdarda narkotik müsadirə olunub
- Külli miqdarda pirotexniki vasitə tapıldı
- Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
- Külli miqdarda qanunsuz dərmanın qarşısı alındı
- Külli miqdarda qızıl və pul oğurlayanlar tutulub
- Külli miqdarda siqaret müsadirə edildi
- Külli miqdarda siqaret aşkarlandı
- Külli miqdarda siqaret aşkarlanıb - Gömrükdə
- Külli miqdarda rublun ölkədən çıxarılmasının qarşısı alındı
- Külli miqdarda siqaret müsadirə edilib