Liftdə qaldı - FHN köməyə gəldi


15:20     21 İyul 2017 big_1416860661_big_1416433845_lift.jpg

Bu gün sübh saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar. Əməliyyat saat 07:49-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 791