XİN-dən Türkiyədəki zəlzələ ilə bağlı AÇIQLAMA


18:50     21 İyul 2017 1441560940_xin.jpg

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki, qeydə alınmayıb.


Bu barədə Azərbaycana Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadır.

"Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək", - deyə H. Hacıyev qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1008