Macarıstanlı səfir Məmmədyarov vidalaşdı


20:11     21 İyul 2017 1-DSC_3290_1500638484.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, İ.Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Femida.az

Açar sözlər:

Oxunub: 755


Oxşar xəbərlər