20 nömrəli məktəb-lisey belə olacaq - FOTO


22:28     21 İyul 2017 new_school_210717_01_1500634130.jpg

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.


İdarədən Femida.az-a verilən məlumata görə, hazırda 20 nömrəli məktəb-lisey və 306 nömrəli tam orta məktəb üçün yeni binalar inşa olunur.

10, 74, 171, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilir. Daha 9 məktəbdə cari təmir işləri görülür.

Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin 2017-2018-ci tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində 307 tam orta, 3 ümumi orta, 7 axşam məktəbi, 3 xüsusi təhsil müəssisəsi, 46 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 1015