Məmmədyarov Macarıstana gedir


20:59     21 İyul 2017 1440778393_elmar.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstana rəsmi səfərə gedəcək.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, 2014-cü ilin noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfər edib.

Femida.az

Açar sözlər:

Oxunub: 477