30 manata görə həbs olunan şəxs AZADLIQDA


21:02     21 İyul 2017 hebsxana%20qadin%20azadliq%20efv.jpg

Soyğunçuluqda şübhəli bilinən şəxs azadlığa buraxıldı.


Femida.az xəbər verir ki, Hüseynov Şükür Məsim oğlu AR CM-nin 180.2.1-ci maddəsi ilə (qrup halında soyğunçuluq) təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə verilmiş apellyasiya şikayəti təmin olunaraq, Hüseynov Şükür Məsim oğlu barəsində bəraət hökmü çıxarılaraq məhkəmə zalından azadlığa buraxılıb.

Şəxsin vəkili Adəm Məmmədovun verdiyi məlumata görə, Hüseynov Şükür qurup halında Fərhad adlı şəxsin öz avtomobilinə yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra 30 manat ödənişi etmədən qaçıb getdiklərinə görə həbs edilmişlər.





Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 1775