Səfir Qarabağ və Qüds problemini müqayisə etdi


23:11     21 İyul 2017 shahin-abdullayev.jpg

“Qüds məsələsinin uzun müddət həllini tapmaması beynəlxalq siyasətdə ikili standartların mövcud olduğunu göstərir”.


Femida.az xəbər verir ki, bunu xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev deyib.

Səfir bildirib ki, BMT-nin qətnamələrinin bəziləri dərhal həllin tapır, bəziləri isə illərlə kağız üzərində qalır.

“Azərbaycan da həmin vəziyyətdədir. Təhlükəsizlik Şurasında 1993-cü ildə Dağlıq Qarabağda işğala son qoyulmasına dair qətnamələr qəbul edilib. Amma indiyədək icrası mümkün olmayıb. Buna səbəb qətnamələrin icra mexanizmin olmamasıdır. Digər səbəb isə bəzi ölkələrin aktual məsələlərə passiv münasibət, işğalçıya təzyiq göstərməməsidir. İkili standartlar göz qabağındadır" – deyə, o bildirib.

Ş. Abdullayev deyib ki, Bakıda keçirilən beynəlxalq konfransın ərəb-müsəlman dünyasının müqəddəs şəhəri sayılan Qüds şəhərinin məsələsinin həllini gətirib çıxaracağını ümid edir.

Femida.az

Açar sözlər:

Oxunub: 941