Ağdaşda ev yanıb


02:51     22 İyul 2017 iraq%20otel%20yangin%20(1).jpg

Bu gün Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində vətəndaşa məxsus ümumi sahəsi 76 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 56 m2 sahədə və ev əşyaları qismən yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 493