Bakıda balıq bazarı yaradılacaq - İlk dəfə


21:52     21 İyul 2017 3a8acb7b810cf13e1e0a59f3ee314318.jpg

“Pirallahı rayonunda yeni iş yerləri və istehsal sahələri yaradılacaq”


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində bir qrup sakinlə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, rayonda balıq bazarı yaradılacaq: “Bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük bir çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu, həm vətəndaşlara xidmət edir, eyni zamanda bu balıq bazarları bir növ turizm zonasına çevrilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1873