Ədliyyə Nazirliyində müşavirə keçirilib


23:20     21 İyul 2017 blank.jpg

İyulun 21-də Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb. Nazir müavini bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, yeni təsirli icra mexanizmlərinin yaradılmasını, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsini, xidmətin şəffaf müsabiqələrlə hazırlıqlı gənclərlə komplektləşdirilməsini, maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsini, "elektron icra" sisteminin tətbiqini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 802