6320 nəfərin ölkədən çıxışına qadağa qoyulub


23:26     21 İyul 2017 2016-04-28-12-10-06port-qadaga-olkeden-cixis.jpg

Bu ilin birinci yarısında 6320 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.


Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib.

Bildirilib ki,icrası təmin edilən işlərin sayı 54% artaraq 288 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.304 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1.608 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 161 şəxs barəsində cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 788


Oxşar xəbərlər