Xəzərdə 2 nəfər xilas edilib


00:07     22 İyul 2017 bogulma136.jpg

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb. Əməliyyat saat 19:11-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 420