Ağ Evin mətbuat katibi istefa verib


01:27     22 İyul 2017 dubke.jpg

Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib.


"The New York Times" qəzetinin yaydığı məlumata görə, Spayserin istefasına prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsi səbəb olub.

Qeyd edək ki, ABŞ administrasiyasının kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tutub. Daha əvvəl həmin vəzifədə ABŞ Dövlət Departamentinin sabiq nümayəndəsi Cen Psaki işləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 601