Qüdsdə 3 fələstinli ölüb


03:21     22 İyul 2017 quds.jpg

Bu gün Qüdsdə Məbəd dağında yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb.


Bu barədə Fələstinin rəsmi “VAFA” agentliyi məlumat verib.

Məlumata görə, polislə toqquşmalar zamanı 200-dən çox fələstinli xəsarət alıb.

İsrail polisinin məlumatına görə, iğtişaşlar nəticəsində 4 asayiş keşikçisi yaralanıb, 9 aksiyaçı saxlanılıb.

Kütləvi iğtişaşlara "Əl-Əqsə" məsçidi yaxınlığında metal detektorlarının quraşdırılması səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 565