Ramil Usubov rəisi işdən çıxardı


02:33     22 İyul 2017 1405020976_ramil_988.jpg

Biləsuvar rayonunun Səmədabad Polis Bölməsinin rəisi polkovnik-leytenant Əjdər Hacıyev vəzifəsindən azad olunub.


Femida.az report.az-a istinadən bildirir ki, o, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə birinci müavini təyin olunub. Ə.Hacıyevin yerinə isə polkovnik-leytenant Arif Salmanov təyin olunub. O, bu vaxta qədər Neftçala Rayon Polis Şöbəsinin qərargah rəisi olub.

Daxili işlər nazirinin digər əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenant Mehman Abışov vəzifəsindən azad olunaraq, Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 6296