Putinlə Əliyev Qarabağı müzakirə etdi
13:24 22 İyul 2017
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Femida.az -ın məlumatına görə, bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Azərbaycan prezidentinin Rusiyaya işgüzar səfəri iyulun 22-də başa çatıb.
Femida.az
Oxunub: 4439
Oxşar xəbərlər
- Putinlə Ruhani görüşdü
- Putinlə Sarkisyanın Soçi görüşü başladı
- Putinlə Ərdoğan görüşdü
- Putinlə Tramp nədən danışıb?
- Putinlə Tramp görüşür
- Putinlə Ruhani Xəzərin statusunu müzakirə ediblər
- Putinlə Tramp iyulda görüşə bilər
- Putinlə Netanyahu görüşəcək
- Putinlə Trampın görüş vaxtı bilindi
- Putinlə Ruhani razılaşdı - Telefon zəngi