Kooperasiya Universitetində yanğın - 4 nəfər tüstüdən zəhərlənib (YENİLƏNİB)


18:28     22 İyul 2017 bakida-kooperasiya-universitetinin-binasinda-yangin-7.jpg

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.


Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.


***

Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məluma açıqlayıb.

Femida.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat eriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 4917


Oxşar xəbərlər