İki nəfəri maşın vurdu


17:51     22 İyul 2017 piyada%20qeza6.jpg

Qubada iki nəfəri avtomobil vurub.


Hadisələrdən biri Quba Mərkəzi Poçtunun qarşısında baş verib.
Quba rayonu, F.Xan küçəsi, 75 ünvanda yaşayan 1986-cı il təvəllüdlü Dadaşova Nigar Rakim qızını avtomobil vurub.
Digər hadisə isə rayonun Söhüb kəndinin ərazisində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü İbrahimov Nahid Nizami oğlunu maşın vurub.
Hər iki şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirib.
Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.(Report)

Açar sözlər:

Oxunub: 475