Bakı Metropoliteni tender keçirir


17:58     22 İyul 2017 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg

"Bakı Metropoliteni" QSC avtomobil nəqliyyatı ilə beynəlxaq yük daşınması xidmətinin alınmasına dair açıq tender elan edib.


Femida.az -ın dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 500 manat təşkil edir.
Tender Komissiyası qeyd edib ki, iddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 4 avqust saat 18:00-dək, tender təklifi və bank təminatı isə 14 avqust saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına (İcraya nəzarət, kargüzarlıq və təsərrüfat İdarəsi) təqdim etməlidirlər.
İddiaçıların təklifləri 15 avqust saat 15:00-da qeyd olunan ünvanda açılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 658