Jurnalistlər mükafatlandırıldı


18:13     22 İyul 2017 jurnalist0.jpg

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Femida.az-ın məlumatına görə, KİVDF-nin fəaliyyətindən, təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrindən bəhs edən Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, son müsabiqəyə 69 KİV-dən 147 yazı təqdim edilib.

V. Səfərli 19 istiqamət üzrə qalib olan jurnalistlərə mükafatların təqdim ediləcəyini nəzərə çatdırıb. Jurnalistlərə dövlət qayğısından danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin siyasətinin əsasında xalqın və dövlətin maraqlarının durduğunu vurğulayıb.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 925