Dəniznən daşınan yüklərin həcmi artıb


18:34     22 İyul 2017 gemi%20deniz%20dasinma.jpg

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-iyun ayında daşınmış yüklərin həcmi 3937,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9 faiz artıb. Yüklərin 47,6 faizini neft yükləri təşkil edib.


Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, dəniz limanlarında 5260,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 5047,5 min tonunu və ya 96 faizini tranzit yüklər təşkil edib. 2017-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 134,1 min ton idxal yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,3 faiz artaraq 9,7 min nəfər olub.

Açar sözlər:

Oxunub: 496


Oxşar xəbərlər