Bu taksi sürücülərini cərimə gözləyir
19:20 22 İyul 2017
Bakıda hazırda çox sayda taksi şirkəti fəaliyyət göstərir. Hər bir şirkətə gün ərzində yüzlərlə sifariş daxil olur. Elə özünüz də fikir versəniz görərsiniz ki, belə taksidə gedərkən sürücülərin telefonuna şirkətdən sifarişlər haqda tez-tez SMS-lər gəlir. Sürücü də sizi lazım olan yerə apardıqdan sonra digər sifarişlərin ardınca gedir. Yol polisi belə taksi sürücülərinin sükan arxasında bir əli ilə sükanı tutub, digər əli ilə telefonda SMS-ləri gözdən keçirməsinin düzgün olmadığını, bunun konkret qəza riski olduğunu bildirir. Tövsiyə edilir ki, taksi şürkətləri daha təhlükəsiz informasiya ötürmə sistemlərindən istifadə etsinlər.
Femida.az xezerxeber.az-a istinadən məlumat verir ki, sürücülər gün ərzində, demək olar ki, boş dayanmır, sifariş dalınca sifariş qəbul edirlər.
Taksi şirkətləri ilə işləyən sürücülər gün ərzində həmin şirkətlərdən o qədər sifariş qəbul edirlər ki, hətta sükan arxasında da telefonu əlinə alaraq sifarişi qəbul etməyə məcburdur.
Lakin yol polisi bildirir ki, sükan arxasında yola nəzarət etməli olan sürücü, eyni zamanda, digər sifarişlərin SMS-ni oxuyursa, bu, qəza riski yaradır.
Avtomobil idarə edərkən mobil telefonun istənilən funksiyasından istifadə etmək inzibati xəta sayılır. Məsləhət görülür ki, taksi şirkətləri informasiyanın ötürülməsi prosesini daha təhlükəsiz qaydada həyata keçirsinlər.
İnzibati xətalar məcəlləsinə görə, sürücü idarəetmə zamanı telefonu əlində tutaraq ondan istifadə edərsə, 50 manat cərimə olunur.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI