Axtarışda olan 44 nəfər həbs edilib


20:20     22 İyul 2017 cinayet%20hebsden%20azad1.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.


Femida.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 44 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 818