Ermənistan Avropada ən çox şikayət olunan ölkədir


22:28     22 İyul 2017 aihm.jpg

Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə Avropa Şurasına üzv olan ölkələr arasında birinci yerdədi.


Ermənistan mətbuatının yaydığı məlumata görə, bu statistika əhalinin hər 100 min nəfərinə düşən şikayətlərinin sayına görə aparılıb.

Ermənistanın hüquq müdafiəçisi Vahe Qriqoryan bildirib ki, təqdim olunan statistik göstəricilər ermənilərin məhkəmə sisteminə olan inamının zəif olmasının göstəricisidir.

Bununla belə, erməni hüquq müdafiəçisi statistik rəqəmləri geniş formada açıqlamayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1149