Biləsuvarda maşın qaçırılıb


22:39     22 İyul 2017 18831.jpg

Biləsuvarda avtomobil qaçırılması hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 21-də saat 6.00 radələrində Biləsuvar şəhəri ərazisindən Çaylı kənd sakini Bayram Əliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Telman Rüstəmov tutulub.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 677