• Ana səhifə / Manşet

Xəbər lenti

Günün insanı


Tarix 04.09.17, 10:16


Bəzən insan o qədər böyüyür ki... Möcüzəvi tərəfi ondadır ki, bir anda böyüyürsən. Hansısa bir hadisə, hansısa bir söz, hansısa bir baxış, bir əməl mənən insanı elə böyüdür ki,... Bir də kiçilmərəm deyirsən, bu cahilliyin qarşısında.... Əlbəttə, bəzən də, o qədər müdriklik görürsən ki, bu həyatda.

Həmin müdrikliyin qarşısında o qədər kiçilirsən, kiçilirsən görünməz olursan. Elə bir müdrüklüyə rast gəlməmişəm hələ. Sizə bir fakt deyim.

Xoş gün insanı dayazlaşdırırmış. Allahdan uzaqlaşdırırmış.

Söhbət bizim kimi çiy süd əmmiş insan övladından gedir. Yəni səndən, məndən, ondan. Aramızda qaynanmış süd içənlər olubsa, deyə bilmərəm daha orasını. Problemlər insanı rəndələyirmiş. Dərd isə insanı böyüdürmüş, kamilləşdirirmiş. Yaxşı, ortaya belə bir sual çıxır. “Bu üç kateqoriyanın hansını bütün insanlar olduğu kimi yaşayırlar?”

- Təbriklər. Bildiniz! Bu "Xoş gün" kateqoriyasıdır.

Bütün insanları problemlər rəndələmir. Dərd hər insanı böyütmürmüş. Problemlər bəzi insanları azğınlaşdırır, quduzlaşdırırmış. Dərd bəzi insanları o qədər kiçildirmiş ki, dünyada öz dərdindən daha böyük dərd görməz olurmuş. Bax belə. Bütün bunlardan yaxa qurtarmaq üçün yaxşı insan ola bilmək üçün tək bir variant, tək bir yol var. O da, südü qaynadıb içməkdi. İmkan verməyin bundan sonra kimsə sizə: “sən çiy süd əmibsən, səndən nə desən çıxar” desinlər. Qaynadın için. Vəssəlam.

Günay Seyidqızı
Femida.az

Xəbərin oxunma sayı : 1165









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img