Azərbaycanda əhalinin gəlirləri artıb


01:03     16 Sentyabr 2017 manat1.jpg

2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 faiz artaraq 31770,8 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3269,1 manat və ya ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29046,0 milyon manatlıq vəsait qalıb.Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3269,1 manat və ya ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29046,0 milyon manatlıq vəsait qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1339