Meksikada üç günlük matəm elan olunub


01:30     21 Sentyabr 2017 meksika5.jpg

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb.


Femida.az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti dağıdıcı zəlzələ nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Ötən gün Meksikada 7,1 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Təkanlar paytaxt Mexikoda hiss olunub. Fəlakət zonasında xilasedici əməliyyat davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 669